İslam suallarda

Quranda yazılıb ki, dində məcburiyyət yoxdur. Amma şəriətə əməl etməyənlərə qarşı cəzalar da nəzərdə tutulub. Bu ziddiyyətin səbəbi nədir?

Qurani-Kərimin “ayət əl-kürsi” kimi tanınan ayəsində (Bəqərə, 256) buyurulur ki, “dində ikrah (məcburiyyət) yoxdur”. Bu, İslam dinində əqidə azadlığının ən mühüm sübutlarından sayılır. Məlumdur ki, İslamın əqidə əsasları (üsuli-din) kiminsə təhriki və ya kimə isə təqlid üzündən qəbul edilə bilməz. Üsuli-dinin maddələri könüllü və iradəli şəkildə qəbul edilməlidir. Yuxarıdakı ayə əksər təfsirçilərin fikrincə, əhli-kitab (xristian və yəhudilər) barəsində nazil olmuşdur. Bu ayə insanlara azadlıq versə də, özbaşınalığın və cəzasızlığın sübutu sayıla bilməz. Hər kəs həm başqalarının, həm də Allahın haqqına riayət etməlidir, bu haqları pozduğu halda ona cəza kəsilir. İslam dinini qəbul etdiyini söyləyən və özünü müsəlman adlandıran adam bu dinin qanunlarını gözləməlidir. İslam dini nə qədər əqidə azadlığı və plüralizmi dəstəkləsə də, anarxiyanı, hüquq pozuntusunu şiddətlə rədd edir. Buna görə də yuxarıdakı ayəni bəhanə gətirərək dini məsuliyyətdən özünü kənara çəkmək yolverilməzdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button