İslam suallarda

Nəzir demək günahdırmı?

Xeyr, bu günah deyil və Allahın qarşısında şərt qoymaq kimi də sayılmaz. Allah öz bəndələrinə qarşı o qədər mərhəmətlidir ki, hətta onlara hər hansı ibadəti fərz (vacib) edərkən belə, bunun əvəzində onlara mükafat verir (ya dünyada, ya da axirətdə). Yəni məsələn, namaz qılmaq borcumuz olsa da, amma buna görə savab qazanırıq. Insanlar da öz növbələrində Allahdan nəyi isə istəyib, əvəzində hər hansı savab işi edəcəklərini nəzir söyləyə bilərlər. Onsuz da Allahın buna ehtiyacı yoxdur. Nəzir həyata keçəndən sonra edilən əməl ya nəzir deyənin özünə, ya da başqa insanlara fayda gətirir.

Yaxşı olar ki, insan nəzir deyərkən, ətrafdakı ehtiyaclı adamlara xeyir verməyi düşünsün. Məsələn, sədəqə kimi pul vermək, bir kəsin ehtiyacını qarşılamaq. İnsan özünə maddi fayda gətirən bir şeyi nəzir deməməlidir. Mənəvi fayda gətirən işi etməyi nəzir demək olar. (Məsələn, filan işim düzəlsə, müstəhəb namaz qılacağam, oruc tutacağam, ziyarətə gedəcəyəm). Amma maddi faydası olan işi boyun olub nəzir demək düzgün deyil. Təəssüf ki, bəzən elə adamlara rast gəlirik ki, “filan işim düzəlsin, qapı-qapı gəzib dilənəcəyəm” deyə nəzir deyirlər. Əvvəla, onlar bu halda özlərinə aid olmayan əmlakdan nəzir demiş olurlar. Ikincisi, bu yolla başqasının pulunu mənimsəyirlər.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button