İslam suallarda

Qurani-Kərimin “Kəhf” surəsində buyurulur ki, Həzrət Xızr (ə) hələ baş verməmiş hadisələrə əsasən hökm verir və hətta bir uşağı gələcəkdə törədəcəyi günahlara görə öldürür. Bu əməl səbəb-nəticə qanununun əksinə deyilmi?

Dünyada baş verən hadisələr məkan və zaman şərtləri çərçivəsində dəyərləndirilir. Əgər bir şəxs günah etməyibsə, onu cəzalandırmağa şəriət icazə vermir. Törədilməmiş cinayətə görə cəza vermək olmaz. Lakin bəzi istisnalar mövcuddur. Allah-Taala özü zamanı yaratdığı üşün Onun üçün zaman məhdudiyyəti, “əvvəl” və “sonra” anlayışı yoxdur. Allah-Taala hər kəsin törədəcəyi əməli və aqibətini qabaqcadan bilir. Bəzən O, təbiət qanunlarına müdaxilə edir. Xızır Peyğəmbər (ə) də Allah tərəfindən qeyb xəbərlərinə agah idi və gələcəkdə baş verənləri bilirdi, buna əsasən hökm etməyə də icazəsi vardı. Onun Həzrət Musaya (ə) dediyi “mənimlə yoldaşlıq etməyə sən dözə bilməzsən” sözü də buna işarədir. Xızr (ə) Allahın izni ilə qeybdən bəzi xəbərləri bilirdi, amma bunları heç kimə söyləmək icazəsi yox idi, buna görə onun hərəkətləri Həzrət Musa (ə) tərəfindən heyrətlə qarşılanmışdı. Bir daha təkrar edirik ki, bu surədəki hadisələr bir istisnadır, istisna olduğu üçün də insanlara ibrət olsun deyə təsvir edilib. Adi həyatda isə heç kim hələ baş verməmiş cinayətə görə kimi isə cəzalandıra bilməz.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button