İslam suallarda

Həzrət Məhəmməd Peyğəmbərin (s) həyatı barədə hansı kitabları oxumaq məsləhətdir?

Həzrət Məhəmməd Peyğəmbərin (s) həyatı barədə yazılmış kitabların sayı çoxdur. İslamın ilk əsrlərindən başlayaraq, bu mövzuda kitablar yazılıb. Bu cür əsərlərə “siyrə” deyirlər. Klassik siyrə kitablarının ən məşhuru İbn Hişamın siyrəsidir, sonra yaşamış müəlliflər həmin kitaba çox istinad etmişlər. Lakin klassik kitabların adətən dili ağır, həcmi böyük olduğundan, bəzən şərhə ehtiyac duyulan, hətta zəif hədis və rəvayətlər birbaşa verildiyindən, onları izahsız oxumaq məqəsəduğyun deyil. Peyğəmbərin həyatı barədə orta əsrlərdən başlayaraq Qərb müəllifləri də çoxlu kitab yazmışlar. Lakin Qərb müəlliflərinin əsərlərində İslama və İslam tarixinə qarşı bəzən qərəzli münasibət sərgilənir. Ona görə də Peyğəmbərin həyatı barədə tədqiqatçı alimlərin etibarlı əsərlərini oxumaq məsləhətdir. Bu mövzuda yazılmış gözəl əsərlərdən biri əslən Cənubi Azərbaycanlı olan Ayətullah Cəfər Sübhaninin “Əbədiyyət nuru” kitabıdır və Azərbaycan dilinə tərcümə edilmişdir. Mövzu barədə daha bir maraqlı mənbə O.Keskioğlu və A.H.Berkinin “Həzrəti Mühəmməd və həyatı” əsəridir, o da Azərbaycan dilinə tərcümə edilmişdir. Kitabların birincisi fikir ayrılığı olan hadisələrin şərhində şiə mövqeyini, ikincisi isə əhli-sünnə məzhəbinin baxışını əks etdirir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button