İslam suallarda

İnsan oruc niyyəti etmədən yatır və sübh azanından çox sonra yuxudan oyanır. Bu halda həmin gün müstəhəb oruc tuta bilərmi?

Orucun ən mühüm məsələlərindən biri niyyətdir. Bütün ibadət əməllərində olduğu kimi orucda da niyyət vacibdir. Orucun düzgün olması üçün oruc tutmaq niyyəti də olmalıdır. Əgər insan oruc niyyəti etmədən, sadəcə olaraq bütün günü ac-susuz qalsa, onun əməli oruc sayılmaz. Amma bəzi hallarda istisnalar vardır. Məsələn, Ramazan ayında insan axşamdan oruc niyyəti etmədən yatıb sübh azanından sonra oyansa, zöhr azanına kimi oruc niyyəti edə bilər. Bu zaman əvvəlcədən niyyət edilməməsi nəzərdə tutulub. Niyyəti isə dil ilə söyləmək vacib deyil, insan yatarkən sabah oruc tutacağını düşünsə, bu, niyyət sayılır. Əgər belə bir niyyəti olmasa da, zöhr azanına kimi əgər orucu pozan əməllərə yol verməyibsə, niyyət edib orucunu davam etdirə bilər. Müstəhəb orucda isə şərtlər daha da yüngüldür. Əvvəlcədən niyyət etməyən adam məğrib azanına kimi əgər orucu pozan heç bir əmələ yol verməyibsə, istənilən an oruc niyyəti edə bilər. Bu zaman o, bütün gün oruc tutmuş kimi sayılacaq və bunun savabını qazanacaq.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button