Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında baş vermiş döyüşlərin sayı barədə dəqiq məlumat varmı?
Həzrət Mühəmməd Peyğəmbərin (s) şəxsən qatıldığı yürüş və döyüşlərə dini ədəbiyyatda “qəzvə” deyirlər. Bütün qəzvələr ya müdafiə xarakteri daşımış, ya da düşmən tərəfindən gözlənilən təcavüzü qabaqlamaq məqsədilə həyata keçirilmişdir. Hicrətdən sonra Peyğəmbərin şəxsən qatılmadığı, səhabələrin sərkərdəliyi altında həyata keçirilmiş hərbi yürüşlərə isə “səriyyə” deyilir. Qəzvə və səriyyələrin bəzisi döyüşsüz keçmiş, döyüşlə nəticələnənlərin böyük əksəriyyəti müsəlmanların qələbəsi ilə başa çatmışdır.
Qəzvə və səriyyələrin sayı barədə tarixi mənbələrdəki məlumatlar fərqlidir. Son araşdırmalar səriyyələrin ümumi sayının 91 olduğunu göstərir. Bunların əsas sərkərdələri Həzrət Əli (ə), Peyğəmbərin oğulluğu Zeyd ibn Harisə, Xalid ibn Vəlid və b. idi. Tarix kitablarında 26, 27 və ya 29 qəzvə haqqında məlumat verilib. Bunların 9-da (ən mühüm döyüş¬lərdə) Peyğəmbər şəxsən döyüş meydanında olmuşdur. Peyğəmbərin döyüşə qatıldığı qəzvələr bunlardır: Bədr, Ühüd, Bəni-Müstəliq, Xəndək, Bəni-Qüreyzə, Xeybər, Məkkənin fəthi, Hüneyn və Taif.