İslam suallarda

Orucun niyyətini bir dəfə Ramazan ayının başlanğıcında etmək lazımdır yoxsa hər gün üçün ayrıca niyyət etmək lazımdır?

Orucun Allah dərgahında qəbul olmasından ötrü insan oruc tutduğunun niyyətini etməlidir. Yəni Allahın vacib olan əmrini yerinə yetirmək və Allahın razılığını qazanmaq məqsədi daşımalıdır. Əvvəla, niyyəti mütləq dil ilə və hər hansı xüsusi formada, xüsusi ayin şəklində etmək lazım deyil. İnsan hansı məqsədlə oruc tutacağını ürəyində özü üçün aydınlaşdırsa və bunu düşünsə kifayətdir. İkincisi, həm Ramazanın ilk gecəsində gələcək bir ay üçün ümumi niyyət etmək, həm də hər gecə sabahkı günün orucunun niyyətini təzələmək olar, bunun fərqi yoxdur. Üçüncüsü, oruc niyyəti bütün gün ərzində qorunmalıdır, niyyəti yalnız oruca başlamazdan əvvəl ürəkdə düşünmək və ya dillə söyləmək kifayət etməz. Gərək adam gün ərzində oruc tutduğunun fərqinə varsın, niyyətindən dönməsin. Nə üçün yeyib-içmədiyinin məqsədini gün ərzində dəyişməsin. Təkcə orucda deyil, digər ibadətlərdə (o cümlədən namazda da) niyyət bu cür olmalıdır.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button