İslam suallarda

Sufi təriqətləri öz silsiləsini haradan başlayır və təriqət ənənələri Məhəmməd Peyğəmbərdən sonra kimin vasitəsilə ötürülür?

Oxucu sual verir

Böyük arif və sufilər təsəvvüf ənənəsinin Peyğəmbərdən Əhli-beyt imamlarına, onlardan da ilk sufilərə ötürüldüyünə inanırdılar. Beləcə, təsəvvüf təriqətlərinin istisnasız olaraq hamısının silsiləsində Əhli-beyt imamlarının adı ilk halqalarda durur.

Qadiriyyə, şaziliyyə, rifaiyyə, mövləviyyə, səfəviyyə, sührəvərdiyyə, zahidiyyə, çiştiyyə, zəhəbiyyə, xəlvətiyyə, bəktaşiyyə, nemətullahiyyə, yəsəviyyə kimi təriqətlərin silsilə zənciri Həzrət Mühəmməd Peyğəmbər vasitəsilə İmam Əliyə, ondan da ya oğulları İmam Həsənlə Hüseynə, ya da böyük alim Həsən Bəsriyə keçir.

Həsən Bəsri vasitəsilə davam edən silsilə də adətən İmam Rzanın şəxsində Əhli-beyt ilə bir daha birləşir. İmam Rza təsəvvüf sirlərini Məruf Kərxiyə öyrətmişdi və əksər təriqətlər də onun izi ilə gedirdi. Sufi təriqətləri içində yalnız nəqşbəndiyyə öz silsiləsini Peyğəmbərdən sonra Əbu Bəkr vasitəsilə davam etdirir, amma bu zəncirin də növbəti halqalarından biri İmam Cəfər Sadiqdən ibarətdir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button