İslam suallarda

İnsan zəruri tibbi prosedurla bağlı qan analizi verməlidir. Həmin günün orucu düzgün sayılırmı?

Dinimiz insanlarn ibadətləri icra edərkən çətinliyə düşməməsini tələb edir, şəriət əməllərinin hökmləri də buna uyğundur. İbadətləri çətinləşdirən, insana lazımsız əziyyət gətirən işlər dinimizdə bəyənilmir. Oruc tutan şəxsin də bəzi əməlləri etməsi onu zəiflədəcəyi və orucu başa vurmasına əziyyət törədə biləcəyi üçün məkruh (bəyənilməz) sayılır. Belə əməllərdən biri də qan aldırmaqdır. Lakin bu zaman bəzi istisnalar nəzərə alınır. Birincisi, məkruh olan insanın öz istəyi və seçimi ilə bədəndən qan aldırmasıdır, zəruri tibbi prosedur isə istəyə bağlı deyil və məcburidir. İkincisi, məkruh olan insanın onu zəiflədəcək miqdarda qan verməsidir; məsələn, könüllü şəkildə qanvermə aksiyasında iştirak etmək, həcamət (qanaldırma) proseduruna getmək və s. Analiz üçün verilən qanın miqdarı zəiflik yaradacaq həddə deyil. Nəhayət, üçüncüsü, çox miqdarda qan aldırmaq da orucu pozmaz, yalnız onun savabını azaldar, yəni məkruh sayılar. Bu deyilənlər baxımından orucluq zamanı analiz məqsədilə qan vermək oruca maneçilik törətmir.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button