İslam suallarda

Bir şəxs Ramazan ayında səhər başqa şəhərə səfərə çıxırsa, həmin günün orucunu tutmalıdırmı?

Ramazan ayında səfər şərtlərinə cavab verəcək məsafədə (gedib-qayıtmaq nəzərə alınmaqla 8 fərsəx və ya 44-45 km.) yola çıxan şəxs oruc tutmamalıdır, Ramazan ayından sonra səfərdə olduğu günün orucunu qəza etməlidir. Səfərə çıxmaq günün hansı vaxtına təsadüf etməsindən asılı olaraq şəriət hökmləri dəyişə bilər. Belə ki, əgər insan zöhr vaxtına kimi səfərə çıxsa və ən azı 10 gün qalmaq istədiyi yerə zöhrdən sonra çatacağını ehtimal etsə, həmin gün oruc tuta bilməz. Amma yaşadığı şəhərdən “tərəxxüs həddi” deyilən məsafədə uzaqlaşana kimi orucu pozmamalıdır. Tərəxxüs həddi şəhərdən o qədər uzaqlaşmağa deyilir ki, adi gözlə şəhərin əhalisini görmək mümkün olmasın. Bu məsafəni keçdikdən sonra o, orucunu poza bilər. Amma səhər səfərə çıxan adam ən azı 10 gün qalmaq istədiyi yerə zöhr vaxtına kimi çatacağını bilirsə, həmin günün orucunu tamamlasa daha yaxşıdır. Əgər orucunu pozsa, günah sayılmır, amma sonra qəza etməlidir.

Daha çox göstər
Back to top button