İslam suallarda

Ticarət zamanı tərəflərdən biri peşman olsa, pulun bir hissəsini qaytarmaq şərti ilə alış-verişi poza bilərlərmi?

Alış-verişin ləğv edilməsinin bəzi şərtləri vardır ki, bunlar şəriət kitablarında (risalə) ətraflı izah edilmişdir. Bunlardan biri də alış-verişin “peşmanlıq” adlı pozulmasıdır. Əgər alış-veriş zamanı bu barədə şərt edilmişsə, onda tərəflərdən biri peşman olsa, ortadakı alış-veriş ləğv edilə bilər. Peşmanlıq şərti budur ki, alış-veriş edən tərəflər razılığa gəlirlər ki, müəyyən müddətə kimi onlardan biri müamiləni pozmaq istəsə, konkret məbləği cərimə kimi qarşı tərəfə ödəməlidir. Bu zaman cərimənin məbləği konkret təyin edilməlidir, müddət isə ya konkret təyin edilə bilər, ya da şərt qoyula bilər ki, tərəflərin istənilən vaxt müamiləni pozmaq haqqı var. Əgər həmin müddət ərzində tərəflərdən biri peşman olub alış-verişi pozmaq istəsə, təyin edilmiş cərimə məbləğini qarşı tərəfə ödəməlidir. Bundan sonra alış-veriş şəriət baxımından da pozulmuş sayılır və tərəflərin bir-biri qarşısında öhdəliyi qalmır.

Daha çox göstər
Back to top button