İslam suallarda

Qadın Ramazan ayında sübh namazından bir saat sonra və ya məğribə bir saat qalmış heyz olmuşsa, həmin günün orucunu tutmalıdırmı?

İslam şəriətinə görə yetkinlik yaşına çatmış, səfərdə olmayan və sağlamlığı imkan verən hər kəs mübarək Ramazan ayının vacib orucunu tutmalıdır. Qəsdən Ramazan orucunu tutmayan adam Allah qarşısında günahkardır. Lakin bəzi istisna hallarda, o cümlədən heyz halında olan qadınlar oruc tutmaqdan azaddırlar. Orucun vacib şərtlərindən biri budur ki, qadın sübh azanından məğrib azanına kimi heyzdən pak olmalıdır. Əgər sübh azanından bir dəqiqə sonra və ya məğrib azanına bir dəqiqə qalmış heyz olsa, həmin günün orucu sayılmaz. Ramazan ayı bitdikdən sonra qadın heyz olduğu günlərin orucunu mütləq qəza etməlidir. Əgər qadın qəsdən və ya bilməyərəkdən heyzli olduğu halda orucunu başa çatdırsa belə, sayılmaz və həmin günü orucu onun boynunda qalar. Ramazan ayı bitdikdən sonra növbəti Ramazana kimi həmn günün orucunu qəza etməlidir.

Daha çox göstər
Back to top button