İslam suallarda
Qan alverinin haram olması barədə deyilənləri nəzərə alaraq xəstəliyi olan şəxsə öz qanını pul ilə vermək icazəlidirmi?
Həqiqətən, şəriət kitablarında murdar (nəcəs) maddələrin – nəcis, sidik, qan, alkoqol və s. – alqı-satqısının haram olması yazılıb. Xüsusilə, keçmiş müctəhidlər istisnasız olaraq qan alverini haram bilirdilər. Müasir müctəhidlərin risalələrində qan alverinin haram olması barədə yazılsa da, bunun qeyri-müalicə və əsasən qida məqsədilə qan alqı-satqısına aid olduğu bildirilir. Qan köçürməsinə ehtiyacı olan xəstələrə qan hədiyyə etmək və satmaq icazəlidir. İnsan öz qanını müalicə məqsədilə başqasına pul və ya mal müqabulində verə bilər. Bu məqsədlə alınan pul da halaldır. Bəzi müctəhidlər ehtiyata uyğun olaraq, qan satışı müqabilində deyil, qan vermək icazəsi müqabilində muzd almağı niyyət etməyi məsləhət bilirlər.