İslam suallarda

Doğrudur ki, kasıblar varlılara nisbətən daha çox imanlıdırlar?

Həqiqətən, dindarlar arasında belə bir fikir formalaşıb ki, kasıblıq insan üşün fəzilətdir və kasıblar varlılardan üstündür. Bu fikir bəzi dini mətnlərin əsl mənasını düzgün qavramamaqdan irəli gəlir. Var-dövlət insan üçün məsuliyyət yaradır. Çünki var-dövlətin hansı yolla qazanılması və hara xərclənməsi mühüm məsələlərdir. Qazancın halal ya haram olması insanın taleyini həll edəcək qədər əhəmiyyətə malikdir. Qazancın halal yolda xərclənməsi, günaha sərf edilməməsi, israfa yol verilməməsi də çox mühümdür. Bu məsuliyyətə əməl etmək çətin olduğu üçün sərvətli şəxslər bəzən günaha düşürlər. Buna görə bəzi dini mətnlərimizdə varlılar məzəmmət olunur. Lakin halal yolla qazanc əldə edən, dini vergini (xüms-zəkatını) ödəyən, ehtiyaclılara əl tutan, qudurğanlıq və israf etməyən sərvətli adamlara bu aid deyil. Bu şərtlərə əməl edən sərvətlilər nəinki günah qazanmır, əksinə, ehtiyaclılara əl tutmaqla savab sahibi olurlar. Qeyd edək ki, kasıblığın da bəzi xoşagəlməz cəhətləri və imtahanları vardır. Bəzən kasıblıq insanı oğurluq, quldurluq, Allahdan ümidsizlik, tənbəllik kimi gümahlara və mənfi hallara sövq edir. Bunu da unutmayaq ki, dinimiz dünyanın halal nemətlərinə arxa çevirməyi tələb etmir, amma dünya nemətlərinə aludə olmağı da bəyənmir.

Daha çox göstər
Back to top button