İslam suallarda

Ölməyib diri olan peyğəmbərlər hansılardır?

İslam rəvayətlərinə görə bəzi müqəddəs peyğəmbərlər dünya həyatının sonunda ölməmişlər.

Bu peyğəmbərlərdən biri Həzrət Xızrdır (ə) ki, bəzi rəvayətlərə görə dirilik bulağını tapıb suyundan içmiş və əbədi həyat qazanmışdır. Bəzən digər peyğəmbər Həzrət İlyası (ə) da Xızrla eyniləşdirirlər, bəzən isə onun da Xızrla (ə) yanaşı diri olduğunu qeyd edirlər.

Digər peyğəmbər Həzrət İsa Məsihdir (ə) ki, düşmənləri onu ələ keçirib çarmıxa çəkdiklərini və çarmıxda öldüyünü düşünmüşlər. Lakin Allahın izni ilə Həzrət İsa (ə) düşmənlərinin əlindən xilas olmuş və dördüncü səmaya qaldırılmışdır.

Bəzi hədislərə görə Həzrət İdris Peyğəmbər (ə) də ölmədən səmaya qaldırılmışdır; bəzi rəvayətlərə görə isə o, dördüncü səmaya qalxmış və orada mələk onun canını almışdır.

Daha çox göstər
Oxşar yazılar
Close
Back to top button