İslam suallarda

Aşura günündə ilk şəhid olan kimdir?

Aşura günü sübh çağı düşmən kütləvi hücuma keçmiş və İmam Hüseynin (ə) silahdaşları ümumilikdə onlara qarşı müdafiəyə qalxmışlar. Bu zaman İmamın dəstəsi xeyli itki verdi.

Əksər tarixçilər ilk həmlədə şəhid olanların sayını 50 (və ya 51) nəfər yazmışlar. Bundan sonra döyüş təkbətək çarpışmalar şəklində davam etmişdir.

Əslində İmamın silahdaşları ardıcıllıqla tək-tək döyüş meydanına çıxmış, bir neçə nəfəri öldürdükdən sonra kütləvi hücuma məruz qalıb şəhid olmuşdular.

Meydana ilk qədəm basmış şəxsin Abdullah ibn Ümeyr Kəlbi olduğunu yazırlar. O, Übeydullah İbn Ziyadın qulamı Salimi və atasının (Ziyadın) qulamı Yəsarı öldürdü, bundan sonra bir neçə döyüşçü meydana tökülüb, onu şhid etdi.

Əhli-beyt üzvlərindən ilk şəhid olan isə İmam Hüseynin (ə) oğlu Həzrət Əli Əkbər olmuşdur.

Daha çox göstər
Back to top button