Məhərrəmlikdə toy edən ailələrin uşaqları şikəst doğulur?
Məhərrəmlik təziyə və matəm ayıdır. Bu ayda Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz nəvəsi, “cənnət cavanlarının ağası” və “cənnətin ətirli reyhanı” İmam Hüseyn (ə) öz ilə üzvləri və silahdaşları ilə birlikdə amansızlıqla şəhid edilmişlər.
Onların müsibətinə hələ Peyğəmbərin özü qabaqcadan ağlamışdı. Məsum imamlar Aşura günlərində matəm saxlayıb ağlayır və öz tərəfdarlarından da bunu tələb edirdilər.
Bu cür kədərli bir gündə sevinmək, şənlənmək, şadlıq məclisi keçirmək nə dinə, nə də insafa uyğundur. Aşura gününün hörmətini saxlamayan şəxs Əhli-beytə düşmənçiliyini göstərmiş olur, bunun cəzası isə Allahın qəzəbidir. Allahın qəzəbinin mütləq bu dünyada və dərhal aşkara çıxması vacib deyil.
Ola bilər ki, bu cəza elə dünya həyatında, ola bilər ki, axirətdə verilsin. Aşurada toy edən şəxsin övladının mütləq şikəst doğulacağını düşünmək düzgün deyil.
Amma məlum olan budur ki, həmin gün edilmiş toyda Allahın bərəkəti olmaz, Allahın qəzəbi bu və ya digər dərəcədə bu əməli edənlərə şamil olar.