İslam suallarda

İmam Hüseynin (ə) qatili Şimrin əvvəllər şiə və Əhli-beyt dostu olması barədə deyilənlər düzgündürmü?

Kərbəlada İmam Hüseynin (ə) diri-diri başını bədənindən ayırmış Şimr ibn Zilcövşən bəzi məlumatlara görə həqiqətən əvvəllər İmam Əlinin (ə) tərəfində olmuş, hətta Siffeyn savaşında Müaviyəyə qarşı döyüşərək öz qəbiləsinə (Həvazin qəbiləsi) aid dəstələrdən birinə başçılıq etmişdi.

Lakin Siffeyn savaşında Müaviyənin və Əmr ibn Asın hiyləsinin qarşısında İmam Əlinin (ə) tərəfindən xeyli şəxs döyüşü davam etdirməkdən boyun qaçırıb sülh tələbi etdilər.

Onlar sonradan İmam Əliyə (ə) qarşı çıxıb xəvaric adlı cərəyanı yaratdılar. Şimr bu hadisə zamanı xəvarici dəstəkləyən və İmam Əliyə (ə) qarşı çıxanlardan biri idi.

O, sonralar Müaviyənin əmri ilə şəhadətə çatdırılmış Əhli-beyt dostu Hücr ibn Ədiyə qarşı ifadə verən şəxslərdən biri olmuşdur. Qeyd edək ki, Osmanın ölümündən sonra İmam Əlinin (ə) hakimiyyətini dəstəkləyənlərin heç də hamısı şiə deyildi.

O zamanlar xilafətə Əlidən (ə) daha layiqli bir kimsə qalmadığı üçün Əməvi cəbhəsinə qarşı olanların hamısı Əlinin (ə) tərəfini tutmuşdu.

Lakin sonrakı hadisələr zamanı onların əksəriyyəti imama qarşı mövqe tutdu, az sayda əsl Əhli-beyt tərəfdarı öz yoluna sadiq qaldı.

Daha çox göstər
Back to top button