İslam suallarda

İnsan evdə qüsl almağa utanır. Bu halda qüsl əvəzinə təyəmmüm edərək namazlarını qıla bilərmi?

Əvvəla, şəriətin vacib hökmləri utanmağa baxmır. İnsanlar qarşısında utanan adam vacib ibadəti düzgün yerinə yetirmədiyi üçün Allahdan utanmırmı?

Qüsl əvəzinə təyəmmüm almağa yalnız ən zəruri və üzürlü hallarda icazə verilir. Məsələn, qüslə bəs edəcək qədər su heç cür tapılmayanda, sudan istifadə sağlamlıq üçün təhlükəli olanda, namaz vaxtının sonuna kimi qüsl almağa vaxt qalmayanda.

Qüslə ehtiyac olduğu halda utancaqlıq üzündən və digər səbəblərdən qüsl almamaq şəriət baxınından üzür sayılmır, ona görə də bu halda qüslsüz qılınmış namaz da düzgün deyil.

İnsan mümkün vasitələrdən istifadə etməlidir, ya qüsl almalı olduğunu evdəkilərə başa salmalı, ya başqa bir yerdə (qonşuda, ümumi hamamda) qüsl almalıdır.

Ən son halda təyəmmümlə namazları müvəqqəti olaraq qılıb bunların hesabını aparması və ilk imkan yaranan zaman qüsl alıb həmin namazları qəza etməsi də mümkündür.

Daha çox göstər
Back to top button