İslam suallarda

Bir adamın evində və ya şəxsi mülkiyyət olan iş yerində namaz qılmaq üçün yer sahibindən icazə almaq lazımdırmı?

Namazın səhih (düzgün) və Allah tərəfindən qəbul olması üçün vacib şərtlərdən biri də şəriət baxımından mübah, yəni icazəli, qəsbi olmayan yerdə qılınmasıdır.

Əgər namaz qılınan yer kiminsə şəxsi mülküdürsə, onun sahibindən mütləq icazə alınmalıdır. Məscid, küçə (yoldan keçənlərə mane olmamaq şərti ilə), qeyri-şəxsi sektorda iş yeri (daxili nizam qaydalarını pozmamaq şərti ilə) namaz qılmaq üçün icazə almağa ehtiyac yoxdur.

Amma başqasının mülkündə və ya şəxsi sektora aid iş yerində namaz qılmaq istəyən adam yer sahibindən icazə almalı, yaxud onun məkanında namaz qılınmasına etiraz etmədiyinə əmin olmalıdır.

Məsələn, başqasının evində qonaq olan adam namaz qılmaq istəsə, gərək ev sahibindən bunun üçün icazə və halallıq alsın.Əgər ev sahibi icazə verməsə, namaz üçün onun mülkündən kənara çıxıb başqa yerdə öz ibadətini icra etməlidir.

Əlbəttə, əgər ev sahibinin xasiyyətini və düşüncəsini tanıdığı üçün əmin olsa ki, onun bu evdə namaz qılmasına heç bir etiraz etməz, – bu halda icazə olmağa ehtiyac yoxdur.

Daha çox göstər
Back to top button