Namazın səcdəsində zikri deməzdən qabaq alını möhürdən qaldırıb bir daha möhürə qoyanda bir səcdə sayılır ya iki səcdə?
Namazın vacib əməllərindən biri də hər rükətdə qoşa səcdə etməkdir. Səcdələr namazın “rükn” hissələridir, yəni onları yerinə yetirməmək və ya sayını azaldıb-əskiltmək namazı pozar. Şəriətə görə alnın, üzərinə səcdə edilməsi düzgün olan yerə qoyulması (torpağa, möhürə, yerdən çıxan, amma yeyilib-geyilməyən əşyalara) bir səcdə sayılır. Səcdə zamanı ovucların, dizlərin və ayaq baş barmaqlarının ucunun yerə dəyməsi də lazımdır, amma alnın yerə dəyməsi səcdə halının reallaşması üçün kifayətdir. Əgər insan alnını möhürün üzərinə qoyduqdan sonra bilməyərəkdən ya çaşqınlıq üzündən zikr söyləməzdən qabaq alnını qaldırsa, bir səcdə etmiş sayılır. Bu halda gərək diz üstə oturub, sonra ikinci səcdəni yerinə yetirsin. Əgər qeyri-ixtiyari olaraq zikrdən əvvəl başını möhürdən qaldırsa və başını saxlaya bilməyib yenidən alnı möhürə dəysə, bu halda da qəsdən olmadığı təqdirdə namazı düzgündür və hər iki səcdəni yerinə yetirmiş sayılır. Bu halda müstəhəbdir ki, namazı bitirdikdən sonra qiblədən dönmədən iki səhv səcdəsi etsin. Səhv səcdəsi də namazın vacib səcdəsi kimi yerinə yetirilir, ondan sonra təşəhhüd və üçüncü salam deyilir.