İslam suallarda

Cənazənin qüsl-kəfəni zamanı yerinə yetirilən hənut nə deməkdir və necə edilir?

Şəriətə əsasən, dünyasını dəyişmiş şəxsə sidr qarışdırılmış su, kafur qarışdırılmış su və təmiz (saf) su ilə qüsl verildikdən sonra, kəfənə bükülərkən və ya kəfəndən əvvəl hənut ayini yerinə yetirilməlidir. Cənazəyə hənut etmək vacibdir. Hənutun qaydası budur ki, narın şəkildə üyüdülmüş kafur (kamfora) tozunu meyyitin bəzi bədən üzvlərinə sürtürlər. Hənut edilən (yəni kafur sürtülən) bədən üzvləri bunlardır: alın, iki ovuc, iki diz qapağı və ayaqların baş barmaqlarının ucu. Göründüyü kimi, bunlar səcdə zamanı yerə dəyən bədən üzvləridir. Bunlardan əlavə meyyitin burnunun ucuna, oynaqlarına, sinəsinə, boğazının altındakı çuxura, ayaqların altına və əllərin üstünə də hənut etmək müstəhəbdir. İlk olraq hənutu alından başlamaq lazımdır. Hənut elə yerinə yetirilməlidir ki, kafurun izi bədən üzvünün üzərində qalsın. Cənazənin hənutu üçün təxminən 30 qram kafur istifadə edilməsi müstəhəbdir. Kafura Kərbəla torpağından da bir az qarışdırmaq savabdır. Hənut ayini cənazə qüslündən sonra, kəfənləmədən qabaq və ya kəfənləmə əsnasında edilir.

Daha çox göstər
Back to top button