İslam suallarda

Ailə çimərliklərinə getmək icazəlidirmi?

İslam qanunlarına əsasən şəriətdə buyurulan bəzi şəxslərdən başqa bütün qarşı cinsin nümayəndələri insana naməhrəm sayılır. Kişi üçün naməhrəm qadının bədəninə (sifətindən və biləkdən aşağı əllərindən savayı) baxmaq günahdır. Adətən örtülən, amma çimərlik kimi yerlərdə açıq saxlanılan bədən üzvlərinə baxmaq isə böyük günahdır. Eləcə də, qadına naməhrəm kişinin adətən geyimlə örtülən bədən üzvlərinə örtüksüz olduğu zaman baxmaq günahdır. Çimərlik ailəvi sayılırsa və insanlar ora ailəvi şəkildə gedirlərsə, deməli naməhrəm qadın və kişilərin bir-birinin bədəninə baxma ehtimalı yüksəkdir. Ona görə də bu cür çimərliklərə (ailəvi sayılsa da, sayılmasa da) getmək icazəli deyil. İstisna olaraq, yalnız qadınlar üçün və yaxud yalnız kişilər üçün nəzərdə tutulmuş çimərliklərə getmək olar. Amma bu zaman diqqətli olmaq lazımdır ki, çimərlik sahəsi qarşı cinsdən tam izolyasiya edilmiş vəziyyətdə olsun və kənar şəxslərin görmə imkanı tam şəkildə aradan qaldırılsın.

Daha çox göstər
Back to top button