İslam suallarda

Ümumilikdə plastik əməliyyat etmək şəriətdə icazəlidirmi?

Şəriət alimlərinin bu mövzuda görüşləri fərqlidir. Bəzilər “Allahın yaratdığında dəyişiklik olmaz” (Rum, 30) ayəsini əsas gətirərək hər cür plastik əməliyyatı günah bilirlər. Lakin müasir alimlərin əksəriyyətinin rəyinə görə, plastik əməliyyat etdirmək müəyyən şərtlər daxilində izacəlidir. Alimlərin bir qisminin fikrincə, əgər insanın xarici görünüşü onun normal həyat və fəaliyyətinə, cəmiyyətə inteqrasiyasına maneçilik törədirsə, onda ciddi kompleks yaradırsa, bu halda plastik əməliyyat etdirməyin heç bir problemi yoxdur. Bəzi alimlər isə bu hallar olmadan da, insanın öz istəyi ilə plastik əməliyyat etdirməsinə icazə verirlər. Plastik əməliyyat zamanı əsas məhdudiyyət şəriətin bir hökmü ilə bağlıdır: əməliyyat zamanı haram baxış və haram toxunma olmamalıdır. Yəni tibbi personalla pasient arasında naməhrəmlik şərtlərini pozan haram toxunuş, haram baxış yolverilməzdir.

Daha çox göstər
Back to top button