Ayaqların üzərinə məsh çəkərkən məsh hansı ölçüdə olmalıdır?
Dəstəmazda ayaqlara məsh çəkən zaman ayağın hər hansı barmağından başlayıb, qıçın ayaq pəncəsinə bitişdiyi dik yerə kimi ovucu sürtmək lazımdır. Yalnız bir barmağın və ya təkcə barmaqların üzərinə məsh çəkmək düzgün deyil. Məsh çəkərkən barmaqdan başlamaq və uzununa istiqamətdə ayağın bütün üzərini əhatə etmək vacibdir. Məshin eninin ölçüsü barədə konkret göstəriş yoxdur. Üç bitişik barmaq enində məsh çəkmək kifayətdir, amma daha yaxşı olar ki, bütün ovucun içərisi ayağın üzərinə dəysin. Mühüm məslələrdən biri budur ki, məsh zamanı ayaqları tərpənməz halda saxlmaq və ovucu ayağın üzərinə sürtmək lazımdır.
Əks hərəkət etmək, yəni əli tərpənməz halda saxlayaraq ayağı ona sürtmək olmaz, bu cür dəstəmaz düzgün sayılmır. Həmçinin, məsh çəkməzdən qabaq məsh yerləri tamamilə quru olmalıdır.