İslam suallarda

Əgər kəbin kağızı itibsə yaxud kişi hirslənib kəbin kağızını cırıbsa, bu halda kəbin öz qüvvəsini itirirmi?

İki naməhrəm şəxsin arasında məhrəm münasibətlərin yaranması üçün mütləq kəbin oxunması vacibdir. Kəbin kəsilən zaman kəbin kağızı yazılması vacib deyil, kəbinin kağızda qeydə alınmaması onun etibarlı olmasına əngəl törətməz. Əsas odur ki, şəriətdə nəzərdə tutulmuş formada kəbin oxunsun, kəbinin sözləri düzgün qaydada söylənsin, tərəflər mehriyyə və digər şərtlər barədə qarşılıqlı razılığa gəlsinlər. Kəbin kağızı ona görə yazılır ki, tərəflər izdivacla bağlı öz məsuliyyətlərini dərk etsinlər, boşanma zamanı kişi öz öhdəliklərindən qaçmasın, mehriyyənin məbləği yazılı formada öz təsdiqini tapsın. Əgər kəbin kağızı itibsə və ya heç əvvəldən yazılmayıbsa, təkcə şifahi formada kəbin oxunubsa, kəbinin etibarlı sayılması üçün heç bir problem yoxdur. Hətta kəbin kağızını qəsdən cırsalar, tullasalar, yenə kəbin öz qüvvəsində qalır. Bu hallarda kəbini təzələməyə ehtiyac yoxdur. Lakin yuxarıda göstərilən səbəblər üzündən kəbin kəsilən zamanı bunu yazılı şəkildə qeydə almaq və kəbin kağızını qoruyub-saxlamaq məsləhətdir.

Daha çox göstər
Back to top button