İslam suallarda

Alimlərin qoyduğu əmmamələrin rəngindəki fərq nə ilə bağlıdır?

Əmmamələrin rəngindəki fərqi bir neçə cür izah edirlər.

Birinci nəzəriyyəyə görə, qara rəng Peyğəmbərə (s) məxsus idi. O həzrət müxtəlif rənglərdə əmmamə qoyurdu, Məkkənin fəthi zaman qoyduğu əmmamə qara rəngdə idi. Seyidlər Peyğəmbər nəslindən olduqları üçün özlərini o həzrətə bənzədərək qara rəngdə əmmamə geyinirlər.

İkinci nəzəriyyəyə görə, qara rəng Abbasilər zamanından yayılmışdır. Abbasilər sülaləsinin simvolu qara rəng idi. Abbasilər Bəni-Haşim nəslindən olduqları üçün sonralar bu rəng Peyğəmbərlə bağlılığın simvolu sayıldı.

Amma daha geniş yayılmış və güclü nəzəriyyəyə görə, qara rəng Kərbəla müsibətinə matəm saxlamağın rəmzidir. Bu faciədən sonra İmam Səccad (ə) da daxil olmaqla Əhli-beyt üzvləri qara libas geyinib, qara əmmamə qoymağa başladılar. Seyidlər İmam Hüseynin (ə) və İmam Həsənin (ə) nəslindən olduqları üçün Kərbəlada hər iki nəsildən şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq qara rəngdə əmmamə qoyurlar. Seyid olmayan şəxslər isə adətən ağ rəngdə əmmamədən istifadə edirlər. Əhli-sünnə məzhəbində olan seyidlər (onların əksəriyyətini İmam Hüseynin (ə) nəslindən olan şəriflər təşkil edir) adətən yaşıl rəngdə əmmamə bağlayırlar.

Daha çox göstər
Back to top button