Murdar qida ilə qidalanmış heyvanların ətini necə pak etmək olar?
Əgər ev heyvanı və ev quşu murdar qida (məsələn, insan nəcasəti və s.) yeyibsə, onun ətinin-südünün halal və pak olması üçün müvəqqəti olaraq “istibra” (təmizləmə) adlı tədbir görmək lazımdır. Yəni həmin heyvanı müəyyən müddət bağlı və nəzarət altında saxlamaq, murdarlığa yaxın buraxmamaq, pak yemlə yemləmək lazımdır. Hər ev heyvanının istibra müddəti fərqlidir. Məsələn, toyuq-cücə 3 gün, qaz və ördək 5-7 gün, qoyun-quzu 10 gün, inək 20 (və ya 30 gün), dəvə 40 gün qapalı yerdə saxlanmalı, pak yemlə qidalanmalıdır. Bu müddət boyunca heyvanın əti, südü, yumurtası və ifrazatı da murdar sayılır. Müddət bitdikdən sonra heyvanın əti, südü, yumurtası pak hesab edilir. İstibra müddətindən sonra hətta heyvanın ifrazatı da artıq murdar deyil, ona bulaşmış əşyanı paklamaq tələb olunmur.