İslam suallarda

İbadət əməllərinin yarısını bir məzhəbə, yarısını başqa məzhəbə uyğun icra etmək olarmı?

Şəriətə əməl edən və ibadət əməllərini ardıcıl olaraq yerinə yetirən şəxslər mütləq ənənəvi məzhəblərdən birinə bağlı olmalıdırlar. Bu, bir çoxlarının düşündüyü kimi İslam dinini bölmək və təfriqəçilik salmaq deyildir. Ənənəvi məzhəblərin fiqhi əsasları dəqiq şəkildə sistemləşdirilmişdir, bu mövzuda böyük alimlər ətraflı kitablar da yazmışlar. İbadət əməllərini mütləq məzhəblərdən birinin göstərişləri əsasında yerinə yetirmək lazımdır. Çünki bəzi əməllər var ki, bir məzhəbdə vacib, o birində hətta haram sayılır. Əgər insan namazın yarısını əhli-sünnə, yarısını şiə məzhəbinə əsasən qılsa, bu halda qıldığı namaz bütövlükdə nə şiə, nə də sünni məzhəbindən sayılar və hər iki məzhəbin tələbinə əsasən qeyri-düzgün olar. İbadət əməllərində məzhəbləri qarışdırmaq yeni məzəb yaratmaq kimi dəyərləndirilir; bu isə bidət və günah əməldir. İbadətə başlayan hər kəs əvvəlcə araşdırma aparmalı, fiqh məzhəblərindən hansına tabe olacağını müəyyən etməli, bütün ibadət və müamilələri də dəqiq şəkildə həmin məzhəbə uyğun yerinə yetirməlidir. Bir məzhəbin daxilində mövcud olan rəylərdən hansı birinə əməl etmək, yəni hansı müctəhidə təqlid etmək isə dindarın öz seçoimindən asılı olan məsələdir; hansı müctəhidi daha elmli və ədalətli bilirsə, onun fiqhi çıxarışlarını əsas tutmalıdır.

Daha çox göstər
Back to top button