İslam suallarda

Peyğəmbər və imamlar günahsız (məsum) olduqları halda, niyə tövbə edir, günahlarının bağışlanmasını istəyirdilər?

Peyğəmbərlər və imamlar həqiqətən məsum olmuşlar. Onların tövbəsi etdikləri günaha görə deyil, digər səbəblərə görə idi.

Əvvəla, onlar özlərini həmişə başqalarından aşağı və Allahın hüzurunda günahkar bilirdilər. Onlara təvazökarlıq üzündən elə gəlirdi ki, Allahın şükrünü heç vaxt layiqincə yerinə yetirə bilmirlər.

İkincisi, onlar bununla möminlərə nümunə olurdular. Bizə öyrədirdilər ki, insan heş vaxt savablarına qürrələnib arxayın düşməməlidir.

Nəhayət, üçüncüsü, məsumlar həmişə təkamül halında idilər. Onların hər günü iman və əxlaq baxımından əvvəlki gündən daha üstün bir halda keçirdi. Çünki İslamda buyurulur ki, iki günü eyni olan adam ziyandadır. Məsumlarımız təvazökarlıq üzündən dünənki hallarını bir əskiklik və günahkarlıq kimi qəbul edir, buna görə təvbə edib Allahdan bağışlanma diləyirdilər.

Daha çox göstər
Back to top button