Təsbeh Allahın adlarını zikr edərkən, qısa duaları oxuyarkən hesabı itirməmək üçün bir vasitədir. Demək olar ki, bütün dinlərdə təsbehdən istifadə edilir. Buddizmdə 18, 21, 27, 54 və 108 dənəli, hindu¬izmdə 50, 54 və 108 dənəli, xristianlığın katolik qolunda 33, 50 və 150 dənəli, pravo¬slavlıqda 33 dənəli (Həzrət İsanın (ə) yaşını göstərir), anqlikan və lüteran kilsələrində müvafiq olaraq 33 və 18 dənəli, bəhailikdə 19-a bölünən 95 dənəli təsbehlərdən istifadə edilir. Xristian təsbehlərinin başında adətən xaç fiquru olur. İslamda təsbehlər adətən, 33 və ya 99 dənəli olur. Çünki Allahın gözəl adlarının (əsmaül-hüsna) sayı 99-dur; təsbehlə deyilən zikrlərin sayı da adtən ya 33, ya da 100 olur.
Başqa dinlərdə də təsbehdən istifadə olunurmu?
