İslam suallarda

Deyirlər ki, qadın dəstəmaz zamanı başına məsh çəkəndə əlini alından başın ortasına doğru çəkə bilər. Bu doğrudurmu?

Namazın düzgün (səhih) sayılması üçün dəstəmaz da tam düzgün şəkildə, şəriətdə yazılmış formada alınmalıdır. Əgər dəstəmaz düzgün alınmasa və batil olsa, namaz da batil sayılacaq. Şəriətə görə, başa şəkilən məshin istiqaməti məsələsində kişilərlə qadınlar arasında fərq yoxdur. Başın məshi, ənənəyə görə, təpə hissəsədən alnın tük bitən hissəsinə doğru – yuxarıdan aşağıya çəkilir. Keçmiş müctəhidlərin bir çoxu bunu vacib hökm kimi göstərirdilər. Müasir müctəhidlər isə başa çəkilən məshin istiqaməti mövzusunda sərbəstlik verirlər. Onların bəzilərinin rəyinə görə, məshi yuxarıdan aşağıya doğru çəkmək vacib deyil, bəziləri isə bunu ehtiyat kimi (yəni əməl edilməsi məsləhət olan şərt kimi) qeyd etmişlər. Bu məsələ həm kişilərə, həm də qadınlara aiddir.

Daha çox göstər
Back to top button