İslam suallarda
Əsr namazının qılınma vaxtının sonu və məğrib namazının qılınma vaxtının başlanğıcı eynidirmi?
Bu mövzuda müasir müctəhidlərin əksəriyyətinin fikri eynidir. Əsr namazını astronomik baxımdan Günəş batdığı zamana – yəni məğrib anına kimi qılıb bitirmək lazımdır. Məğrib namazının vaxtı isə məğrib azanı verilən an başlayır. Bu, Günəş batdıqdan bir qədər (15-20 dəqiqə) sonra, Günəşin qırmızılığı şərq tərəfdə üfüqdən qalxıb, insanın başı üzərindən qərbə tərəf keçdikdə yaranır. Bu zaman məğrib namazının qılınma vaxtı başlayır, bundan əvvəl məğrib namazını qılmaq olmaz. Əgər insan əsr namazını Günəş batana kimi qılmayıbsa, məğrib azanına kimi qalan 15-20 dəqiqə ərzində qılması məsləhətdir, amma bu zaman gərək namazın niyyətində nə əda, nə də qəza niyyəti etməsin.