İslam suallarda

Əgər kişi öz həyat yoldaşını atıb gedibsə, amma qəsdən ona talaq vermirsə, onların kəbini pozulmuş sayılırmı? Bu halda qadın talaq almaq üçün nə etməlidir?

Ailə daxilində həm qadının, həm də kişinin öz vəzifə və hüquqları vardır. Hər iki tərəf öz vəzifələrini layiqincə yerinə yetirməli və öz hüquqlarından istifadə etməlidir. Kişinin vəzifəsi budur ki, həyat yoldaşının maddi-mənəvi ehtiyaclarını öz sosial statusuna uyğun şəkildə ödəsin. Əgər kişi bunu etmirsə, ailəsi ilə maraqlanmırsa, hətta ailəsini atıb gedirsə, böyük günah qazanır və buna görə Allah qarşısında mütləq cavab verəcək. Amma bu kimi hallar onların arasındakı kəbinin avtomatik pozulmasına səbəb yaratmır və kəbin öz qüvvəsində qalır. Əgər kişi yalnız qadını incitmək, yenidən ərə getməsinə mane olmaq üçün ona talaq vermirsə, bu halda iki yol qalır. Ya qadın hər hansı yolla kişidən talaq almalıdır, yəni onu talaq verməyə razı salmalıdır. Ya da (birinci yol mümkün olmadıqda) müctəhidə və ya müctəhidin səlahiyyətli nümayəndəsinə müraciət edib, kişinin iştirakı olmadan talaq oxunmasını tələb etməlidir. Bu halda ya müctəhidin səlahiyyətli nümayəndəsi özü kişinin adından talağı oxuyur, ya da qadın müctəhiddən aldığı rəsmi icazəni ruhanilərdən birinə təqdim edir və həmin ruhani bu icazə əsasında talağı oxuyur.

Daha çox göstər
Back to top button