İslam suallarda

And içərkən mütləq yerinə yetirmək lazımdırmı? Anda əməl etməmək günah sayılır?

And içməklə bağlı şəriətdə bəzi göstərişlər və şərtlər mövcuddur. Çoxunun and kimi qəbul etdiyi əməl şəriət baxımından and qüvvəsində deyil. Birincisi, əməl edilməsi vacib olan and mütləq Allahın adı və ya yalnız Ona aid olan ad və sifətləri söyləməklə olmalıdır. Başqa şəkillərdə – məsələn, “canıma and olsun”, “Qurana and olsun”, “çörək haqqı” kimi – ifadə olunan and düzgün sayılmır. İkincisi, özündə olmayacaq dərəcədə əsəbi şəxsin içdiyi and etibarlı deyil. Üçüncüsü, insan gərək günah olan əməli etməyə yaxud şəriətlə ona vacib olan əməli tərk etməyə and içməsin (məsələn, “filankəsdən filan əşyanı oğurlayacağam”, “bundan sonra namaz qılmayacağam” kimi); belə etsə, and düzgün deyil. Bu şərtlərə cavab verməyən and şəriətdə etibarlı sayılmır və ona əməl etmək də vacib deyil. Amma əgər şəriətə uyğun şəkildə and içilibsə, insan gərək ona əməl etsin. Əgər anda əməl etməsə, cərimə olaraq gərək 10 nəfər fəqiri (yoxsulu) yedizdirsin və ya geyimlə təmin etsin. Əgər buna imkanı çatmasa, 3 gün oruc tutmalıdır.

Ümumiyyətlə, dinimizdə çox and içmək günah olmasa da, bəyənilmir.

Daha çox göstər
Back to top button