İslam suallarda

Həzrət Fatimənin (ə) vəfat günü nə vaxtdır?

Həzrət Mühəmməd Peyğəmbərin (s) əziz qızı, imamlar anası Həzrət Fatimeyi-Zəhranın (ə) vəfat (şəhadət) gününün tarixi ilə bağlı dini mətnlərdəki məlumatlar fərqlidir. Bu da onun öz atasının vəfatından sonra neçə gün yaşaması ilə bağlı rəvayətlər arasındakı fərqdən irəli gəlir. Dini mənbələrdəki bəzi rəvayətlərə görə Həzrət Fatimə (ə) Peyğəmbərin vəfatından sonra 45 gün, bəzi rəvayətlərə görə 75 gün, bəzi rəvayətlərə görə də 95 gün yaşamışdır (daha başqa ədədləri – məsələn altı ay – ifadə edən rəvayətlər də mövcuddur). Bunların içində 75 və 95 gün barədə rəvayətlər daha mötəbər və məşhur sayılır. Həzrət Mühəmməd Peyğəmbər (s) hicrətin 11-ci ili səfər ayının 28-də dünyasını dəyişmişdir. Bu tarixi əsas tutaraq, Həzrət Fatimənin (ə) vəfat (şəhadət) günü müsəlmanlar tərəfindən cəmadiyül-əvvəl ayının 13-ü və cəmadiyüs-sani ayının 3-də qeyd edilir. Bu iki tarix arasındakı 20 günlük müddəti əyyani-fatimiyyə (Fatimə günləri) adlandırır və matəm tuturlar.

Daha çox göstər
Back to top button