İslam suallarda

Qibləni təyin etməyin asan üsulları nədir?

Qibləni təyin etməyin ən asan və dəqiq üsulu kompasdan istifadə etməkdir. Bunun üçün kompası, yaxınlıqda dəmir olmayan düzgün səthin üzərinə qoyub cənub istiqamətini müəyyən etmək lazımdır. Azərbaycan üçün qiblənin istiqaməti cənubdan təxminən 26-27 dərəcə qərbə tərəfdir. Yəni üzü düz cənuba sarı durduqdan sonra bir qədər (26-27 dərəcə) sağa tərəf dönmək lazımdır. Bu zaman üzü qibləyə sarı durmuş oluruq. Qibləni təyin etməyin daha bir təxmini yolu Günəş vasitəsilə mümkündür. Bu üsuldan günçıxan və günbatan vaxtı faydalanmaq daha səmərəlidir. Bildiyimiz kimi, Günəş şərqdə doğub qərbdə batır. Bu istiqamətləri təyin etdikdən sonra cənubu tapıb yuxarıdakı üsulla qibləyə tərəf dönə bilərik. Daha bir üsul müsəlman qəbristanlıqlarında istifadə edilə bilər. Belə ki, İslam qanunlarına görə, cənazəni qəbirdə sağ böyrü üstə, üzü qibləyə sarı dəfn edirlər. Deməli, üzümüzü məzarın başdaşısına sarı tutub dursaq, sol tərəf qibləni göstərəcək.

Daha çox göstər
Oxşar yazılar
Close
Back to top button