İslam suallarda

Güzgü olan otaqda namaz qılmaq olarmı?

Namazla bağlı bütün hökmlər müvafiq şəriət kitablarında ətraflı qeyd edilmişdir. Bu hökmlərin bir hissəsi vacibdir, yəni bu şərtlərin olmaması namazı pozar. Bəzi hökmlər haramla bağlıdır, yəni bu şərtlər mövcud olsa, namaz batil sayılar. Bəzi hökmlər isə müstəhəb (bəyənilən) və məkruh (bəyənilməyən) qisminə aiddir. Hökmlərin bir hissəsi namaz qılınan yerlə bağlıdır. Namaz qılanın qarşısında güzgü, insan və digər canlı təsviri, ocaq (soba) olması bəyənilmir. Bütün bu hallarda İslamdan əvvəlki batil inanclarin – bütpərəstlik, atəşpərəstlik və s. – izləri görünür. İslam dini batil inancların bütün izləri və əlamətləri ilə mübarizə aparır. Canlı təsvir, güzgü, ocaq qarşısında ibadət edən şəxs kənardan sanki bütə və ya oda pərəstiş etmiş kimi görünə bilər. Ona görə də bunların qarşısında namaz qılmaq bəyənilmir. Amma otaqda qiblə istiqamətindən başqa yerlərdə güzgünün olması namaza heç bir maneçilik törətməz.

Daha çox göstər
Back to top button