İslam suallarda

Nağd qiymətdən daha yüksək qiymətə nisyə mal almaq günahdırmı?

İslam dinində ən böyük günahlardan biri sələm almaq və verməkdir. Sələm – pulu və ya malı alıb, üstündə daha artıq məbləğdə pul və ya daha artıq miqdarda eyni cincli mal qaytarmaqdır. Məsələn, 3 aydan sonra 70 manat qaytarmaq şərti ilə 50 manat borc almaq, yaxud 5 kiloqram buğda borc alıb, daha sonra 7 kiloqram buğda qaytarmaq. Pul krediti də bura aiddir, yəni bankdan 1000 manat pul kredit götürüb, 25 faizlə – yəni 1250 manat qaytarmaq sələm sayılır. Amma nisyə mal alış-verişi bura aid deyil. Məsələn, nağd qiyməti 1000 manat olan bir əşyanı satıcıdan kreditə alaraq, 6 ay ərzində hissə-hissə 1250 manat ödəmək sələm hesab edilmir. Satıcı bu halda malın dəyərini birbaşa deyil, hissı-hissə uzun müddət ərzinə aldığı üçün nağd qiymətin üzərinə bir qədər artıq qiymət qoya bilər. Bu cür alış-veriş halal sayılır və icazəlidir.

Daha çox göstər
Back to top button