İslam suallarda

Namaz qılan şəxs dizlərinin altına yumşaq döşək qoya bilərmi?

İslam dini vacib ibadət olan namazı heç bir bəhanə ilə tərk etməyə icazə vermir. Hətta xəstələnmiş insan da öz vəziyyətinə uyğun olaraq gündəlik namazları qılmalıdır. Əgər adamın dizləri ağrıyırsa, səcdə zamanı ağrının qabağını almaq üçün namaz qıldığı məkanda dizlərinin altına yumşaq döşək qoya bilər.

Amma bu zaman bəzi şərtlərə riayət olunmalıdır.

Birincisi, namaz qılınan məkan həddən artıq elastik və hərəkətli olmamalıdır, yəni namaz qılan şəxs kənardan baxanda aram (sakit, hərəkətsiz) görünməlidir.

İkincisi, namaz qılan şəxsin səcdədə alnını qoyduğu yerin səviyyəsi dizlərini və ayaq başqa barmaqlarını qoyduğu səviyyədən 4 barmaq enindən hündür və ya alçaq olmamalıdır; əgər fərq 4 barmaq enindən çox olsa, namazın düzgünlüyünə ziyan gələr.

Bunları nəzərə alaraq, istifadə edilən döşəyin çox qalın olmaması lazımdır.

Daha çox göstər
Back to top button