İslam suallarda
Geyimdə hansı rənglərə üstünlük vermək dinimizdə tövsiyə edilir?

İslam dini geyimdə hər şeydən öncə təmizliyə və səliqəyə riayət etməyi tövsiyə edir. Ağ rəngli geyim dinimizdə xüsusilə müsbət qarşılanır, müqəddəslərimiz bu rəngə üstünlük verirdilər. Bunun səbəblərindən biri budur ki, ağ rəng günəş şüalarını yaxşı əks etdirir və istiliyi ötürmür, dərinin “tənəffüs”nə şərait yaradır. Ərəbistan kimi isti iqlimdə bunun xüsusi əhəmiyyəti vardır. Həm də ağ rəng daha çox səliqə və təmizlik tələb edir. Məhərrəm mövsümündə dindarlar qara və digər tünd rəngli geyimlərə üstünlük verirlər. Geyimlə bağlı tövsiyələrdən biri budur ki, paltarın rəngi alabəzək və cəlbedici olmasın. Xüsusilə, qadınlar alabəzək libaslardan çəkinməlidirlər ki, naməhrəm şəxslərin diqqətini çox cəlb etməsinlər.