Belə bir hədis vardır ki, möminin əlamətlərindən biri də gündə 51 rükət namaz qılmaqdır. Burada hansı namazlardan söhbət gedir?
Gündəlik vacib namazlar 17 rükətdir: 2 rükət sübh namazı, 4 rükət zöhr və 4 rükət əsr namazları, 3 rükət məğrib namazı və 4 rükət işa namazı. Bundan əlavə, nafilə adlanan müstəhəb namazları qılmağın da böyük savabı vardır. Nafilə namazlarını qılmaq vacib deyil, qılmayan günah qazanmır, amma qılan çox böyük savab qazanır. Nafilə namazlarının rükətlərinin sayı belədir: sübh namazının nafiləsi – sübh namazından əvvəl 2 rükət, zöhr və əsr namazlarının hər birinin nafiləsi – namazın özündən əvvəl 8 rükət, məğrib namazının nafiləsi – namazın özündən sonra 4 rükət, işa namazının nafiləsi – işa namazından sonra 2 rükət (oturmuş halda qilınması müstəhəb olduğu üçün bir rükət sayılır). Gecə namazı da nafilə sayılır və 11 rükətdən ibarətdir: 8 rükət nafilə niyyəti ilə qılınır, 2 rükət şəf namazı, 1 rükət vitr namazı. Göründüyü kimi gündəlik nafilə namazların cəmi 34 rükətdir. Vacib namazlarla birlikdə rükətlərin sayı 51 edir.