İslam suallarda

Əgər isti su yoxdursa, bu zaman boynunda qüsl olan şəxs namaz qılmaq üçün nə etməlidir?

Bəzən insanlar qüsl və ya dəstəmaz almaq üçün suyun və lazımi şəraitin olmadığını bəhanə gətirib çox zaman təyəmmümlə namaz qılmağa üstünlük verirlər. Unutmaq olmaz ki, qüsl və dəstəmaz əvəzinə təyəmmüm etməyə son dərəcə zəruri və məhdud hallarda icazə verilir. Əgər su əldə etmək heç cür mümkün deyilsə və ya həddən artıq əziyyətlə başa gəlirsə, yaxud sudan istifadə etmək sağlamlıq üçün ciddi ziyan törədirsə, bu halda qüsl və dəstəmaz əvəzinə təyəmmüm etməyə icazə verilir. Bina evinə suyun məhdudiyyətlə verilməsi, yuxarı mərtəbəyə su qalxmaması, isti suyun gəlməməsi bunun üçün səbəb sayıla bilməz. Bu kimi hallarda qabaqcadan qüsl və dəstəmaza kifayət edəcək qədər su tədarük edib saxlamaq, lazım olanda isə həyətdən, qonşudan su gətirmək lazımdır. Soyuq su ilə qüsl almaq sağlamlıq üçün ziyan olduğu halda, suyu hər hansı yolla qızdırmağa çalışmaq lazımdır. Qüsl üçün kifayət edəcək miqdarda suyu ev şəraitində qızdırmaq o qədər də çətin deyil, buna görə də qüsl almayıb təyəmmüm etmək düzgün sayılmaz.

Daha çox göstər
Back to top button