İslam suallarda

Namazda qünut tutmaq vacibdirmi? Qünutda hansı duaları oxumaq lazımdır?

Namazların ikinci rükətində qiraətdən sonra, rükudan əvvəl qünut tutmaq müstəhəbdir. Bu, namazın vacib əməli deyil, amma böyük savabı vardır. Namaz vaxtı az olduqda və tələsdikdə qünutu tərk etməyin problemi yoxdur. Qünutda ovucları qoşalaşdırıb sifət bərabərində qaldırmaq və istənilən duanı oxumaq olar. Namazın digər əməllərindən fərqli olaraq qünutda istənilən dildə dua oxumağa icazə verilir. İnsan öz ana dilində də istədiyi duanı q            ünutda oxuya bilər. Amma bəzi müstəhəb qünut duaları vardır ki, onlar şəriət kitablarında qeyd edilmişdir. Ənənəyə görə, aşağıdakı duanı qünutda oxuyurlar: “Rəbbəna, atina fid-dünya həsənəh. Və fil-axirəti həsənəh. Və qina əzabən-nar”. Quran ayəsi olan bu duanın tərcüməsi belədir: “Ya Rəbbi, mənə dünyada nemətlər ver, axirətdə də nemətlər ver, məni cəhənnəm odundan qoru”.

Daha çox göstər
Back to top button