İslam suallarda

Bəzi pirlərdə ağac koğuşundan, daşdakı dəlikdən, heykələ oxşayan daş fiqurun altından keçən qadının hamilə qalacağına inanırlar. Bunun dini əsası varmı?

Pirlər, müqəddəs ocaqlar insanların ziyarət məkanı və ümid yeridir. Tarixi kökü, dini əsası olan bəzi pir və ocaqları səmimi qəlbdən ziyarət edən şəxslərin orada etdikləri dualar daha tez qəbul olur. İnsanlar bu yerlərdə öz mənəvi gərginliklərini atır, rahatlanırlar. Allah dostlarının məzarı üstündə, onları vasitəçi qərar verərək dua etməyin faydaları vardır.

Lakin təəssüf ki, xalq içində ziyarətgah kimi tanınan bəzi məkanların dinlə heç bir əlaqəsi yoxdur. Bəzi müqəddəs məkanlarda isə yerinə yetirilən mövhumatçı və xurafatçı əməllər dini düşüncəyə ziddir. Bu kimi əməllər radikal insanlara əsas verir ki, ümumilikdə pir və ziyarətgahlara qarşı mənfi fikir yürütsünlər. Hansısa ağacın koğuşundan, daşdakı dəlikdən keçməklə övlad sahibi olmaq arasında dini və məntiqi əlaqə yoxdur. Bu cür əməllər sağlam dini düşüncəyə ziddir və tərk edilməlidir. Bununla belə, bu əməlləri edən insanları müşrik və kafir saymaq da olmaz. Onlara etdikləri əməlin səhv olduğunu anlatmaq və maarifləndirmək lazımdır.

Daha çox göstər
Back to top button