İslam suallarda

Dini kitablarda rast gəlinən “Quranı xətm etmək” ifadəsinin mənası nədir?

Ərəb dilində bir işi başa çatdırmaq, sonlandırmaq, tamamlamaq mənasında “xətm etmək” ifadəsi işlədilir. Məktubların sonunda imza yerinə basılan möhürə də “xatəm” deyirlər. Buna görə Həzrət Mühəmməd Peyğəmbərin (s) ləqəbi “xatəmül-ənbiya”dır, yəni peyğəmbərlərin möhrü, peyğəmbərlər siyahısının sonu, sonuncu peyğəmbər. Qurani-Kərimi əvvəldən-axıra kimi oxuyub bitirmək dini terminologiyada Quranı xətm etmək adlandırılır. Quranı qismən, natamam oxumaq bura aid deyil, bunun üçün “tilavət” kəlməsi daha uyğundur. Quranı xətm etdikdən (bitirdikdən) sonra bəzi qısa surələri bir daha tilavət etmək və bəzi duaları oxumaq müstəhəbdir; bunun qaydası dini kitablarda qeyd edilib. Qeyd edək ki, “xətm etmək” ifadəsi Quranı orijinaldan, ərəb dilində tam oxuyub bitirməyə şamil edilir, tərcüməni oxuyub bitirmək Quran xətmi sayılmaz.

Daha çox göstər
Back to top button