İslam suallarda

Əsmaül-hüsna nə deməkdir və onu oxumağın insana faydası varmı?

“Əsmaül-hüsna” ifadəsinin ərəb dilindən tərcüməsi “gözəl adlar” deməkdir və bu ifadə altında Allaha aid edilən 100 ən gözəl ad nəzərdə tutulur. Ümumilikdə, Allah bütün təsəvvürə gələn yaxşı və bəyənilmiş sifətlərə malikdir, bütün pis və nöqsanlı sifətlərdən uzaqdır. Allah mütləq kamillik sahibidir. Onun sifətlərinin sayı qeyri-məhduddur. Bu sifətləri ifadə edən adlar da hər hansı ədədlə məhdudlaşa bilməz. Qurani-Kərimdə buyurulur: “Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!” (Əraf, 180).

Allahın adlarının içindən ən seçilmişlərini “əsmaül-hüsna” adlandırırlar. Bunların sayı 99-dur. Dini mənbələrdə əsmaül-hüsnaya aid olan adların bir neçə variantı mövcuddur. Bu varıantların arasında yalnız bir neçə adla bağlı cüzi fərqlər görünür.

Peyğəmbərimiz buyurub: “Allahın yüzdən bir ədəd əskik, yəni 99 adı var. Kim bu adları saysa, cənnətə girər”. Burada adların mənasını anlayaraq və iman gətirərək saymaq nəzərdə tutulub.

Daha çox göstər
Back to top button