Məğrib namazının vaxtı Günəş batdığı zaman başlayırmı?
Məğrib namazının vaxtı barədə müsəlman alimlərinin fikir ayrılığı vardır. Əhli-sünnə məzhəbində Günəşin batdığı, yəni üfüq arxasında itdiyi an məğrib azanının vaxtı girir, orucun vaxtı bitir və məğrib azanının vaxtı başlayır.
Şiə məzhəbində isə üstün olan rəyə görə astronomik mənada məğrib, yəni Günəşin batması hələ məğrib namazının vaxtı üçün kifayət etməz. Günəş batana kimi əsr namazını qılıb bitirmək lazımdır, bu vaxta kimi əsr namazını qıla bilməyən şəxs Günəş batandan məğrib azanı verilənə kimi fasilədə əsr namazını nə əda, nə də qəza niyyəti etmədən qılmalıdır. Bu ikisinin arasındakı fasilə isə təqribən 15-20 dəqiqə davam edir. Məğrib azanı Günəş batdıqdan və şərq üfüqündəki qırmızılıq insanın başı üzərindən keçib qərbə meyilləndiyi zaman verilir. Əksər müctəhidlərin fikrinə görə, məğrib namazını bundan qabaq qılmaq düzgün deyil.