İslam suallarda

Namazların niyyətini mütləq dil ilə və ucadan demək lazımdırmı?

Niyyət namazın mühüm elementlərindən biridir və hər namaz üçün mütləq niyyət edilməlidir. Niyyətsiz namaz qılmaq düzgün deyil. Bəzən insanlar niyyətin mütləq ucadan dil ilə deyilməsinin, bu zaman əllərin qulaq bərabərində yuxarı qaldırılmasının vacib olduğunu düşünürlər. Lakin bunların heç biri niyyət üçün vacib deyil, bəyəniləndir. Niyyət o deməkdir ki, insan qıldığı namazın hansı namaz (məsələn, sübh ya zöhr namazı) olduğunu, bu namazı əda ya qıza niyyəti ilə qıldığını və Uca Allaha ibadət məqsədi ilə yerinə yetirdiyini özü üçün təyin etsin. Niyyət yalnız namaza başlayan anla məhdudlaşmır. İnsan gərək bütün namaz boyunca eyni niyyətdə qalsın. Başqa sözlə desək, namaz müddətində kənardan bir şəxs onun nə etdiyini soruşsa, buna cavab verə biləcək vəziyyətdə olsun, hansı namazı qıldığını unutmasın. Niyyəti dil ilə söyləmək, Allaha yaxınlıq (ibadət) məqsədi ilə qılındığını bildirmək üçün “qürbətən iləllah” ifadəsini işlətmək müstəhəbdir. Məsələn, “sübh namazının ədasını qılıram, qürbətən iləllah”.

Daha çox göstər
Back to top button