Qüsl alan zaman paklığı pozulan şəxs nə eməlidir?
Öhdəsində qüsl olan şəxs namaz və oruc kimi ibadətləri yerinə yetirmək üçün mütləq qüsl alıb pak olmalıdır. Qüslü pozan əməllər şəriət kitablarında (risalədə) qeyd edilib və bunlar demək olar ki, dəstəmaz pozan hallarla eynidir. Əgər insan qüsl aldığı zaman müəyyən səbəblərdən paklığı pozulsa – məsələn, mədə yeli çıxsa – bu halda iki cür hərəkət edə bilər. O, qüslü yenidən başlayıb tam şəkildə yerinə yetirə bilər. İkinci yol budur ki, qüslünə davam etsin və yenidən qüsl almasın. Amma ikinci halda, namaz qılmaq üçün qüsldən sonra dəstəmaz da almalıdır. Normal halda qüsl aldıqdan sonra namaz üçün dəstəmaz almağa ehtiyac yoxdur, qüsl özü dəstəmazı da əvəz edir. Amma qüsl zamanı paklığı pozulan adam üstəlik dəstəmaz da almalıdır ki, namazları pak halda qıla bilsin. Əlbəttə, qüsldən sonra dəstəmaz alan zaman məsh çəkdiyi yerlərin – saçının və ayaqlarının üstünün – quru olmasına diqqət yetirməlidir.